Azercell Kabinetim tətbiqinə dair Məxfilik siyasəti


“Azercell Kabinetim” tətbiqi Azercell Telekom MMC tərəfindən FREE tətbiq kimi yaradılıb. Bu XİDMƏT heç bir ödəniş tələb edilmədən "Azercell Telekom" MMC tərəfindən təmin olunur və olduğu kimi istifadə üçün nəzərdə tutulur.

Bu səhifə Xidmətimizdən istifadə etməyi qərara alan şəxslərə şəxsi məlumatlarının toplanması, istifadəsi və açıqlanmasına dair siyasətimiz haqqında məlumat verilməsi məqsədilə istifadə olunur. Əgər siz bu Xidmətdən isitifadə etməyi seçirsinizsə, o zaman siz bu siyasətə uyğun olaraq informasiyanın toplanması və istifadəsi ilə razılaşırsınız. Topladığımız Şəxsi Məlumatlar Xidmətin təmin olunması və təkmilləşdirilməsi üçün isitifadə olunur. Biz, hazırki Məxfilik Siyasətində təsvir olunanlar istisna olmaqla, sizə məxsus məlumatları istifadə etməyəcək və ya heç bir şəxslə bölüşməyəcəyimizə dair öhdəlik götürürük. Bu Məxfilik Siyasətində istifadə olunan müddəalar Məxfilik Siyasətində əksi təsvir olunmadığı təqdirdə, Kabinetim – də göstərilən Müddəa və Şərtlər ilə eyni mənaya malikdir.
Məlumatın Toplanması və İstifadəsi
Xidmətimizdən istifadə edərkən daha yaxşı təcrübə qazanmaq üçün şəxsi identifikasiya ilə bağlı məlumatları təqdim etməyiniz tələb oluna bilər. Sizdən alınan məlumatlar tərəfimizdən qorunub saxlanılır və bu məxfilik siyasətində göstərildiyi qaydada istifadə olunur.

Tətbiq identifikasiyanızla bağlı məlumatlarınızı toplayan üçüncü tərəfin xiidmətlərindən isitifadə edir.

Tətbiq tərəfindən istifadə olunan xidmətləri təmin edən üçüncü tərəfin məxfilik siyasətinin linki aşağıdakıdır

• Google Play Services
• Google Analytics for Firebase
• Firebase Crashlytics
Məlumatların qeyd olunması
Biz sizə bildirmək istəyirik ki, tətbiqdə xətanın baş verdiyi hallarda, Xidmətdən istifadə etdiyiniz zaman, “Məlumatların qeyd olunması” adlanan xidmət vasitəsi ilə telefonunuzda olan məlumat və detalları (üçüncü tərəfin məhsulları ilə) toplayırıq. “Məlumatların qeyd olunması” cihazınızın İnternet Protokolu - “İP” ünvanı, cihazınızın adı, əməliyyat sisteminin versiyası, Xidmətdən istifadə edərkən tətbiqin sazlanması, Xidmətdən istifadə vaxtı və tarixi, digər statistik məlumatlardan ibarət ola bilər.
İdentifikasiya faylları (kukilər/cookies)
İdentifikasiya faylları/Cookies, əsasən, unikal, anonim identifikator tərəfindən istifadə olunan, kiçik həcmli məlumatı özündə saxlayan fayllardır. Onlar sizin baş çəkdiyiniz veb-səhifələrdən brauzerə göndərilir və cihazınızın daxili yaddaşında saxlanılır.

Bu Xidmət aşkar şəkildə bu fayllardan istifadə etmir. Buna baxmayaraq, tətbiq məlumatların toplanması və xidmətlərin təkmilləşdirilməsi məqsədilə üçüncü tərəfin kodu və fayllardan istifadə edən kitabxanalardan da yararlana bilər. Sizin bu identifikasiya fayllarını qəbul etmək və ya rədd etmək, cihazınıza faylların nə zaman göndərilməsi ilə bağlı məlumat almaq seçiminiz var. Bu identifikasiya fayllarından imtina etdiyiniz təqdirdə, xidmətin müəyyən hissəsindən istifadə edə bilməyəcəksiniz.

"Azercell Telekom” MMC Google və Facebook kimi xidmət təminatçılarına Google Məzmun Şəbəkəsi və sosial şəbəkələr vasitəsi ilə məhsul və xidmətlərimizə dair xüsusi təkliflər təqdim etmək məqsədilə təkrar izlənilən cookie-fayllardan, konversiya pikseli və şəxsi məlumatlardan istifadə edir. Əlavə olaraq biz abunəçi və müştərilərin e-poçtları və telefon nömrələrinə əsaslanaraq xüsusi və oxşar auditoriyalardan istifadə edirik. “Azercell Telekom” MMC şəxsi məlumatlardan istifadə edə, marketinq proqramlarının effektivliyini nəzərdən keçirə və digər ümumi demoqrafik tendensiyaları təhlil edə bilər.
Xidmət təminatçıları
Biz aşağıda göstərilən səbəblərə görə üçüncü tərəf şirkətlər və şəxsləri işə cəlb edirik:
• Xidməti asanlaşdırmaq;
• Öz adımızdan Xidməti təmin etmək;
• Xidmətlə əlaqəli digər xidmətləri həyata keçirmək; və ya
• Xidmətdən necə istifadə ediməsini analiz etmək;

Biz bu Xidmətdən istifadə edən şəxslərə bildirmək istəyirik ki, üçüncü tərəf sizin Şəxsi Məlumatlarınızı əldə edə bilər. Səbəb isə öz adımızdan onlara tapşırılan tapşırıqların yerinə yetirilməsidir. Buna baxmayaraq, onlar hər hansı digər bir məqsəd üçün bu məlumatları açıqlaya və ya istifadə edə bilməz.
Təhlükəsizlik
Bizə Şəxsi Məlumatlarınızı təqdim etməklə göstərdiyiniz etibar və inamı dəyərləndiririk, odur ki, onun kommersiya baxımından məqbul olan vasitələrlə mühafizəsini təmin etməyə çalışırıq. Unutmayın ki, İnternet vasitəsi ilə informasiyanın ötürülməsi və ya elektron şəkildə saxlanması metodu 100% təhlükəsiz və etibarlı deyil və biz onun tam təhlükəsizliyinə zəmanət verə bilmirik.
Digər Saytlara Keçidlər
Bu Xidmət digər saytlara olan keçidləri ehtiva edə bilər. Siz üçüncü tərəfə aid keçidin üzərinə basdığınız halda, bu sayta yönləndiriləcəksiniz. Qeyd edək ki, xarici saytlar tərəfimizdən idarə olunmur. Bu səbəbdən, biz qeyd edilən veb-səhifələrin Məxfilik Siyasətini nəzərdən keçirməyinizi tövsiyə edirik. Biz üçüncü tərəfin hər hansı sayt və ya xidmətlərinə dair məzmun, məxfilik siyasəti yaxud qaydaları üzərində nəzarətə sahib deyilik və buna görə heç bir məsuliyyət daşımırıq.
Məlumatlandırıcı bildirişlər istifadəçi təcrübəsinin bir hissəsi kimi
Əgər siz Tətbiqdə qeydiyyatdan keçmisinizsə, Tətbiq daxilində Bildirişlər bölməsinə konfrans bildirişləri daxil olacaqdır. Tətbiq açıq olmadıqda belə mobil İOS cihazınızda məlumatlandırıcı bildirişləri qəbul etmək istəyirsinizsə, bununla bağlı razılığınız tələb olunur. Yalnız bunula bağlı açıq şəkildə razılığınız əldə olunduğu təqdirdə, tətbiq məlumatlandırıcı bildirişləri yönləndirir. İstənilən vaxt siz məlumatlandırıcı bildirişlərin seçimlərini idarə edə və ya Tətbiq daxilində və mobil cihazınızın Cihaz Ayarlarındakı bildiriş parametrini söndürməklə onu deaktiv edə bilərsiniz. Məlumatlandırıcı bildirişləri qəbul etməməyi seçdiyiniz halda, siz yenə də Tətbiq daxilində Bildirşlər bölməsindəki Tətbiqdaxili bildirişlər alacaqsınız.
Məxfilik Siyasətinə edilən dəyişikliklər
Biz vaxtaşırı olaraq Məxfilik Siyasətini yeniləyə bilərik. Odur ki, hər hansı bir dəyişikliyə görə mütəmadi olaraq səhifəni nəzərdən keçirməyi tövsiyə edirik. Biz bu səhifədə yeni Məxfilik Siyasətini yerləşdirməklə hər hansı bir dəyişiklik barəsində sizi xəbərdar edəcəyik. Bu dəyişikliklər səhifəyə yerləşdirildiyi andan qüvvəyə minir.
Bizimlə əlaqə
Məxfilik Siyasətinə dair hər hansı sual və ya təklifiniz olarsa, tərəddüd etmədən bizimlə əlaqə saxlaya bilərsiniz customercare@azercell.com